AZ

Almaniya - Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri var - Azər Qarayev

Bakı. Trend:

Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvətiilə Almaniyaya səfəri, keçirdiyi görüşlər, eyni zamanda “15-ciPetersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakınövbəti tarixi hadisə oldu.

Bunu Trend-ə açıqlamasındapolitoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Prezident İlham Əliyevin Berlindəkeçirilən “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrədəvət olunması bir yandan Azərbaycanın dünyada artan nüfuzu, iqlimdəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəklə bağlıdırsa, digərtərəfdən bu, bilavasitə Prezidentimizin şəxsi hörmətindən irəligəlir.

Onun sözlərinə görə, Almaniya və Azərbaycan arasında dostluq vətərəfdaşlıq münasibətləri var.

“Zaman keçdikcə biz qarşılıqlı əlaqələrin inkişaf etdiyinin dəşahidi oluruq. Ötən dövr ərzində iqtisadi və ticarət əlaqələriningenişlənib, ticarət dövriyəsində müsbət nəticələr əldə olunub.Azərbaycan-Almaniya münasibətləri ümumilikdə yüksələn xətt üzrəgenişlənir. Azərbaycanla əlaqələri daim inkişaf edən Avropadövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadimüstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycanarasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu damünasibətlərimizin səviyyəsini göstərən mühüm faktordur”, - deyəA.Qarayev əlavə edib.

O qeyd edib ki, Almaniyanın Ermənistanla Azərbaycan arasındadanışıqlara məkan rolunda çıxış etmək istəməsinə gəldikdə isə,burada Azərbaycan üçün etiraz doğuran məqam yoxdur:

“Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh vətəhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydıngörür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin Azərbaycanıngüvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksəkdəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu dadövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın dərinləşməsinəsəbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişliinvestisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir.

Xatırlatmaq lazımdır ki, Münxendə keçirilmiş görüşdən sonraErmənistanla Azərbaycan arasında sülh gündəminin irəli aparılmasıilə bağlı çox səmərəli danışıqlar aparıldı.

Ümumilikdə isə, Qərb Platformaları çərçivəsində Almaniyaetibarlı tərəfdaş kimi çıxış edir və bitərəf mövqeyini qorumağıbacarır. Ermənistanla Azərbaycan arasındakı danışıqlara evsahibliyi rolunda çıxış edir”.

Politoloq əlavə edib ki, Prezident İlham Əliyev AlmaniyaKansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı jurnalistinAzərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə bağlı onaünvanladığı sualını da cavablandırdı.

“Uzun illərdir ölkəmizdə azad mətbuat formalaşıb, hər kəs özfikrini tam sərbəst şəkildə ifadə edir. Üçdə bir hissəsi insanhüquq və azadlıqlarına, onların təminatına həsr edilənKonstitusiyamız bu azadlıqları ali dəyər kimi qiymətləndirir”, - A.Qarayev vurğulayıb.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla