AZ

Azərbaycanlı ana və oğlu külli miqdarda "patı" ilə tutuldu

Türkiyədə azərbaycanlı ana və oğlu saxlanılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Kütahya şəhərində Narkotiklərlə Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən əməliyyat keçirilib. Nəticədə şəhərlərarası sərnişin avtobusunda azərbaycanlı ana və oğlu narkotik maddə ilə saxlanılıblar.

Məlumata görə, Ü.N. (46) və A.N. (25) adlı azərbaycanlı ana və oğula baxış zamanı ümumi çəkisi 2 kilodan çox olan metamfetamin (patı) aşkar edilərək götürülüb.

Bildirilir ki, onlar polis bölməsindəki əməliyyatların ardından məhkəmə tərəfindən həbs edilib.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla