AZ

Evsizlərin qaldığı hoteldə yanğın: 10 nəfər öldü

Braziliyanın Porto Aleqri şəhərində evsizlərin qaldığı hoteldə yanğın baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bununla bağlı Porto Aleqre Bələdiyyə başçısı Sabastiao Melo sosial media hesabında açıqlama verib.

O bildirib ki, yanğından sonra çox sayda adam hoteldən xilas edilib:

“Bəziləri isə xəstəxanalarda müalicə alır. Yanğın nəzarət altına alınıb və səbəbi müəyyən etmək üçün ekspert qrupu çalışır”.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla