AZ

İran Baydenə görə qoşunları çıxarır? - Ərəb mediasından ŞOK

İran Suriyadan qoşunlarını çıxardı ki, Bayden ABŞ prezident seçkilərində qalib gəlsin.

Ölkə.Az xəbər verir ki, bu baərəd ərəb qəzeti "Əşərq əl-Əusat" yazıb.

Qeyd edilir ki, İran ABŞ prezidenti Co Baydenin bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlməsini təmin etmək üçün Suriyadakı hərbi mövcudluğunu azaldıb.

"İslam Respublikası eks-prezident Trampın və ya başqa bir respublikaçının qələbəsini istəmir. Bu səbəbdən Tehran xüsusi olaraq Baydenin “bölgədə qalib gələ bildiyini” göstərmək istəyir", - mətbu orqan yazır.

Tramp 2015-ci ildə İran ilə 5+1 kimi tanınan ölkələr (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) arasında imzalanan nüvə sazişindən 2018-ci ildə çıxıb. Bu ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramına məhdudiyyətlər nəzərdə tuturdu. Həmçinin Trampın prezidentliyi dövründə, 2020-ci ildə İran üçün xüsusi əhəməhiyyətə malik SEPAH-ın keçmiş komandanı Qasim Süleymani aradan götürülüb.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla