AZ

"Ağzının danışığını bilməyən qadın sənətçini yerində oturtmuşam”

 ""Nə yaxşı ki, bunu elədim" dediyim məqamlar həyatımda çox olmasa da, amma olub. Özü də möhtəşəm və çox böyük şəkildə olub. Mənim balaca, "xırda-mırda" işlərlə heç zaman işim olmayıb". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Bəsti Sevdiyeva qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib. 

Sənətkar qadın həmkarı ilə illər əvvəl aralarında yaşanan qalmaqallı hadisədən söz açıb. 

Sevdiyeva bildirib ki, xoş olmayan sözlər danışan sənət yoldaşının təklikdə deyil, ictimaiyyət içində sərt şəkildə cavabını veirb: 

"Bir qadın sənətçi olub ki, danışığını bilməyib. O elə düşünüb ki, söylədiklərini ətrafında olan insanlar asanlıqla həzm edəcək və sonradan yaddaşlarından çıxacaq. O məqamı tutmuşam və "kozır" kimi əlimdə saxlamışam. Mən təklikdə yox, hamının içində ona sözümü demişəm. Ona demişəm ki, "Ağıllı ol, sakit otur yerində. Azma yolunu və çaşma".

Sonra da baş verən hadisəni yadıma salanda özümə demişəm ki, "Nə etmişəmsə, yaxşı etmişəm sənə. Hələ az etmişəm..." Sadəcə sözlə onun cavabını necə lazımdırsa, vermişəm. Əslində, o qadın elə də "böyük" danışmayıb. Sadəcə görmüşəm ki, danışığını, oturuşunu-duruşunu bilmir. Özünü "burada mənəm, Bağdadda kor Xəlifə" məsəlində olduğu kimi aparır. Efir olduğundan, bu söhbəti üstüörtülü sizə danışıram. Ən böyük silah insanın sözüdür". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla