Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan “Opel” ilə “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəza zamanı dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.