AZ

Gürcüstan Azərbaycandan şüşə və şüşə qabların tədarükünə çəkdiyi xərci 4 dəfə artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 466 min ABŞ dolları dəyərində şüşə və şüşə qablar idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 4 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 32 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar alıb ki, bu da bir il əvvəlki göstəricidən 2,4 % azdır.

3 ay ərzində Gürcüstan Rusiyadan 12,9 milyon ABŞ dolları dəyərində, Türkiyədən 4,6 milyon ABŞ dolları dəyərində, Ermənistandan 3,9 milyon ABŞ dolları dəyərində, İrandan 3 milyon ABŞ dolları dəyərində, Çindən 2,9 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 148 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar alıb ki, bunun da 1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla