AZ

Ukraynada ABŞ tanklarının sıradan çıxmasından sonra Britaniya NATO-nu müdafiəsiz elan edib

NATO üzvləri Amerikanın “Abrams” tanklarının Ukraynada Rusiya qoşunları tərəfindən məhv edilməsindən narahatdırlar, çünki ABŞ tanklarının zəifliyi hərbi-siyasi blok ölkələrinin sərhədlərinin mühafizəsinin etibarsızlığını göstərə bilər.

Bu barədə Britaniyanın “Teleqraf” qəzeti yazır.

“Rusiya Amerikanın NATO tanklarında kritik zəiflik aşkar edib… Əgər Rusiya bizim zirehli maşınlarımızda kritik zəifliklər aşkar edibsə, sərhədlərimiz çox həssas görünməyə başlayır”, – nəşr yazır.

Qəzetin qeyd etdiyi kimi, ABŞ tanklarının Ukraynadakı zəifliklərini aradan qaldırmağın “sadə yolları” var. Məsələn, “təhlükəni azaltmaq üçün” tankın damına metal çərçivələr və zirehlər quraşdırıla bilər. “Ümid edək ki, yaxın gələcəkdə tanklar Britaniyanın DragonFire lazer sistemi kimi bir şeylə təchiz oluna bilər”, – Teleqraf yazır.

Mənbə: A Haber

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla