AZ

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

"Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə qadağa ləğv edilib.

Yenilik “Kosmik fəaliyyət haqqında” qanunun icrası ilə əlaqədar tətbiq edilir.

Seçilən
44
4
Mənbələr
Şərh ()
Bağla