AZ

14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO

Türkiyəli aparıcı Esra Erolun verilişində şok hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, Songül adlı qadın 14 yaşlı qızı Berfinin əmisioğlu Cuma tərəfindən qaçırıldığını iddia edərək verilişdən yardım istəyib.

Lakin aparılan axtarışlar zamanı Berfinin qaçırılmadığı, ailəsinin onu pul əvəzində Cuma adlı şəxsə satdığı ortaya çıxıb.

Ailə qızını 100 min lirəyə (təxminən 5220 AZN) satıb.

Daha sonra İstanbul polis bölməsinin əməkdaşları canlı efirə gələrən Berfinin anasını və atasını həbs ediblər.

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

Seçilən
154
4
Mənbələr
Şərh ()
Bağla