AZ

Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi

Bakı. Trend:

22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan BankçılıqMissiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsiməqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərinihəyata keçirib.

Bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) vəAzərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin,bir sıra bankların sədrlərinin, o cümlədən “Bank Respublika”ASC-ninMüşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı iləreallaşır.

Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyəsahəsində əməkdaşlığı gücləndirməkdir.

Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının(AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ DövlətDepartamentində və digər dövlət təşkilatlarında, maliyyəqurumlarında görüşlər keçirilib.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Başqərargahında "DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar vətənzimləmələr" mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanıDFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyəmaraqlı olduğu prioritet sahələr müzakirə edilib.

Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində "EximBank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzluqurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirəolunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarəedilməsi, komplayns məsələləri və süni intellektin bankəməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcıbeş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ənböyük maliyyə qurumlarından biri olan - Sparkassen InternationalDevelopment Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü)var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalqreytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's)malikdir.

Seçilən
100
50
Mənbələr
Şərh ()
Bağla