AZ

Blinken Pekindən qayıdan kimi Çini ittiham etdi: Əlimizdə sübutlar var

ABŞ dövlət katibi Blinken bildirib ki, Vaşinqtonun əlində Çinin qarşıdan gələn ABŞ seçkilərinə təsir etmək və ola bilsin ki, müdaxilə etmək səyləri ilə bağlı sübutlar var.

Publika.az xəbər verir ki, Blinken bu barədə CNN telekanalına müsahibəsində deyib.

Blinken bu sözləri Çinə üç günlük səfərinin sonunda deyib. Dövlət katibi müsahibəsində vurğulayıb ki, o, ötən ilin noyabrında San-Fransiskoda keçirilən sammit zamanı ABŞ prezidenti Co Baydenin Çin liderinə 2024-cü il seçkilərinə müdaxilə etməməyi xahiş edən mesajını Pekində təkrarlayıb.

Blinken bildirib ki, Si Çinpin bunu etməyəcəyinə söz verib.

"Ümumiyyətlə, biz təsir etmək və bəlkə də müdaxilə etmək cəhdlərinin sübutlarını görürük və bunun mümkün qədər tez dayandırılmasına əmin olmaq istəyirik", - dövlət katibi deyib.

Seçilən
107
49
Mənbələr
Şərh ()
Bağla