AZ

İİB İnstitutu İslam maliyyələşdirməsinin normativ bazasının hazırlanmasında Azərbaycanla sıx əməkdaşlıq edir -İnstitutun nümayəndəsi

Ər-Riyad. Trend:

İslam İnkişaf Bankı (İİB) İnstitutu İslam maliyyələşdirməsininnormativ bazasının hazırlanmasında Azərbaycanla sıx əməkdaşlıqedir.

Bu barədə Trend-ə İİB İnstitutunun baş direktoru vəzifəsini icraedən Sami Əl-Suvaylem Ər-Riyadda İİB-in illik müşavirələrininkluarında deyib.

"İslam maliyyələşdirməsi insanları öz cəmiyyətlərində həmrəyliknümayiş etdirməyə, kapitalı real rifah təmin edən və cəmiyyətlərarasında zənginliyi bölüşdürməyə imkan verən layihələrə yönəltməyəimkan verir", - deyə o bildirib.

Əl-Suvaylem İslam maliyyələşdirməsinin prinsipcə iqtisadiinkişafa dəstək, cəmiyyətin tərəqqisi üçün lazımi inqrediyentlərəmalik olduğunu qeyd edib.

"Bu nöqteyi-nəzərdən Azərbaycan və regionun digər ölkələri çoxyaxşı potensiala malikdir. İslam İnkişaf Bankı İnstitutuAzərbaycanla, eləcə də Qazaxıstan və digər ölkələrlə İslammaliyyələşdirməsinin normativ bazasının hazırlanmasında sıxəməkdaşlıq edir. Bu ölkələrdə İslam maliyyələşdirməsinin inkişafıüçün lazım olan müvafiq mexanizmlərin yaradılması üzərindəçalışırıq", - deyə Əl-Suvaylem əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişafBankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyərverib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik vəfiravanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığıçərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızılyubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir.İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar vəözəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə birsıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri iştirakedəcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
84
2
Mənbələr
Şərh ()
Bağla