AZ

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Böyük

Bakı, 27 aprel, AZƏRTAC

Böyük Britaniya hökuməti bu yaxınlarda öz ölkəsinə miqrasiyanı məhdudlaşdırmaq üçün miqrantların Ruandaya çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

AZƏRTAC Britaniyanın “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, mühafizəkarlar öz parlamenti və Ali Məhkəməsi ilə iki illik mübarizədən sonra nəhayət ki, öz məqsədlərinə nail olublar – Ruanda qanun layihəsi rəsmən qəbul edilib. Britaniyanın Baş naziri Rişi Sunak qeyri-qanuni miqrantları olan təyyarələrin yaxın iki ay ərzində Afrika ölkəsinə yola düşəcəyini bildirib. O, bildirib ki, bu qanuna heç bir etiraz qəbul edilməyəcək.

Qanuna görə, qeyri-qanuni yollarla qayıqla gələn miqrantlar sığınacaq qərarını gözləyərkən Ruandaya göndəriləcək və orada onlara müdafiə veriləcək. Qaçqın hüquqi status qazansa belə, Böyük Britaniyaya qaytarılmayacaq. O, qaçqınlar mərkəzindən Ruandaya köçürüləcək və miqrantın artıq Böyük Britaniya ilə heç bir əlaqəsi olmayacaq. Bunun müqabilində qanun layihəsinin təhlükəsiz ölkə elan etdiyi Afrika ölkəsi Böyük Britaniyadan pul alır.

İrlandiyanın xarici işlər və müdafiə naziri Mikol Martin bildirib ki, İrlandiya artıq qanunvericiliyin təsirini hiss edir.

Dublin hökumətinin hesablamalarına görə, İrlandiyadakı sığınacaq axtaranların 80 faizi bu ölkəyə Böyük Britaniyadan daxil olurlar. Son zamanlar İrlandiyada miqrasiyanın çoxalması səbəbindən sosial gərginlik də artıb. Bu ölkəyə 2022-ci ilin mayından 2023-cü ilin aprel ayına qədər 140 mindən çox insan gəlib ki, bu da son 16 ildə olduğundan çoxdur.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla