AZ

Yolda sürət yarışı keçirənlər 25 sutkalıq həbs olundu – VİDEO+FOTO

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunub.

Astara RPŞ-nin DYP Bölməsi şəhər ərazisində yarış keçirən iki sürücünü saxlayıb.

Belə ki, digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “Toyota” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov barəsində inzibati protokol tərtib edilib.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla