AZ

Razılıq əldə olundu - "Liverpul"u o çalışdıracaq

"Feyenoord"un baş məşqçisi Arne Slot yeni mövsümdən "Liverpul"a rəhbərlik edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunub və "qırmızılar"ın yeni baş məşqçisi Slot olacaq.

"Liverpul" 45 yaşlı mütəxəssis üçün "Feyenoord"a 15 milyon avro təzminat ödəyəcək.

Slot 2021-ci ilin yayından Niderland klubuna rəhbərlik edir. Komanda onun başçılığı altında 145 oyunda 94 qələbə qazanıb, 24 dəfə məğlub olub.
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla