AZ

Premyer Liqada mövsümün rekordu qırıla bilər - AÇIQLAMA

Premyer Liqanın XXXII turunda növbəti qarşılaşma “Sumqayıt” və “Qarabağ” arasında olacaq.

 Bu matç “kimyaçılar” üçün vacibdir. Çünki Samir Abasovun komandası bu mövsüm Ağdam təmsilçisini məğlub edə bilməyib. Bundan əlavə, "Sumqayıt" avrokuboklara vəsiqə qazanmaq üçün "köhlən atlar"dan xal və ya xallar almaqlıdır.  Görəsən, bu oyuna maraq necədir? Qarşılaşmaya nə qədər bilet satılıb. Suala cavab tapmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə üz tutduq. "Sumqayıt"ın rəsmisi məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Hazırda olan satış 4800-4900 civarındadır. Dünən axşam yekun sayı açıqlamışdıq (4300). Gecədən və bu gün səhərdən etibarən onlayn satış həyata keçirilir”.

Bilirsiniz ki, Premyer Liqada bu mövsüm azarkeş rekordu "Sumqayıt"ın oyununda baş tutub. XXI turda "Neftçi" ilə qarşılaşmanı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 8100 nəfər izləmişdi.  Görəsən, sabah keçiriləcək oyunda rekord yenilənə bilər? Məsələ ilə bağlı Zaur bəyin fikri belə oldu:

“Neftçi” ilə baş tutan matçdan sonra ümid edirik ki, rekordu qıracayıq. Bu gün ərzində həm kassamızda, həm də "iticket.az"da baş tutacaq satışlardan da aslıdır təbii. Ümid edirəm ki, azarkeşlərimiz də bizə maksimum dəstək olar”.

İradə Hatəmi

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla