AZ

Kəsici-deşici alət satanlar saxlanılır - Foto

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.

Nazirlik məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq, bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırıb.

Seçilən
55
22
Mənbələr
Şərh ()
Bağla