AZ

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, Xətai rayonu 17, Sabunçu rayonu 295, Binəqədi rayonu 276 nömrəli tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Samux rayon Bölməsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayonu A.Soltanov adına Qəşəd və Bico kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Qusar şəhəri, 6 nömrəli tam orta məktəbdə, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Seçilən
92
12
Mənbələr
Şərh ()
Bağla