AZ

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı

Son vaxtlar Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur. Bir neçə il öncəyə kimi Abşeronda mənzil və həyət evi satışında "liderlərdən” olan Xırdalan şəhərində hazırda tam əks tendensiya hökm sürür. Vəziyyəti tam müşahidə çetmək üçün mənzil satışı ilə məşğul olan bir neçə saytı ziyarət etmək kifayətdir. Üstəlik, bu cür evlər bazar dəyərindən olduqca ucuz qiymətə təklif olunur.

Bəs Xırdalanda evlərin kütləvi formata satılmasının əsas səbəbi nədir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Xırdalandakı vəziyyət tıxac və digər faktorlardan daha çox evlərin sənədsiz olması ilə bağlıdır:

"Ümumən deyə bilərəm ki, xüsusilə Xırdalan üçün evlərin bu cür ucuz və kütləvi satışı sırf tıxacla bağlı deyil. Bir müddət öncəyə qədər sənədsiz evlərin sənədləşirilməsi ilə bağlı yenilik gözlənilirdi. Hazırda bu proses yubandı. Bu qərar hələki qəbul olunmur. Xırdalandakı tendensiya da bu nüanslarla bağlı ola bilər. Azərbaycanda əhalinin, xüsusən mənzil alan şəxslərin yanaşma tərzi tamamilə fərqlidir”.

Seçilən
69
10
Mənbələr
Şərh ()
Bağla