AZ

Arda Gülər Bellinqemi qabaqladı

La Liqanın 33-cü turu çərçivəsində "Real Madrid" "Real Sosyedad"ın qonağı olub. Görüş "qalaktikos"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, qarşılaşmadakı yeganə qolun müəllifi yarımmüdafiəçi Arda Gülər ​​olub. Türkiyəli futbolçu üçün bu, Madrid klubunun əsas heyətində ilk çıxışı olub.

19 yaş 61 günlük olan Gülər ​​21-ci əsrdə Madrid forması ilə start heyətdə çıxdığı maçtda ilk qolunu vuran ikinci ən gənc oyunçu olub. Rekord komanda yoldaşı Rodriqoya məxsusdur - 18 yaş 294 gün.

Arda bu göstəricidə Cud Bellinqemi qabaqlayıb. İngilis futbolçu 20 yaş 44 günlüyündə qol vurmuşdu.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla