AZ

Qırğızıstan və Azərbaycan əmtəə dövriyyəsini 2030-cu ilədək əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir - Daniyar Amangeldiyev

Qırğızıstan və Azərbaycan əmtəə dövriyyəsini 2030-cu ilədək 500 milyon ABŞ dollarınadək artırmaq niyyətindədir.

Day.Az Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclasında deyib.

"2030-cu ilədək ölkələrimiz arasında əmtəə dövriyyəsini təqribən 500 milyon ABŞ dollarına çatdırmağı hədəfləyirik. Azərbaycan bazarını keyfiyyətli kənd təsərrüfatı məhsulları (kartof, lobya, qoz), makaron məmulatları, şüşə istehsalı məhsulları, elektrik lampaları və digər məhsullarla təmin etməyə hazırıq", - o deyib.

Nazir qeyd edib ki, sürətlə inkişaf edən ikitərəfli əlaqələr Qırğızıstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələri gücləndirmək və genişləndirmək üçün qabaqcıl imkanlar yaradıb.

Amangeldiyev qeyd edib ki, aktiv fəaliyyətin təmin olunması üçün ölkələr arasında 2029-cu ilədək ortamüddətli əsasda dolğun əməkdaşlıq proqramı hazırlanıb və buraya bütün perspektiv istiqamətlər, əmtəə dövriyyəsinin gücləndirilməsi, maliyyə-bank, mədəni-humanitar və digər sahələri əhatə edir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi 2023-cü ildə 64,978 milyon ABŞ dolları olub ki, bu da 2022-ci ilin göstəricilərindən (10,81 milyon dollar) 6,01 dəfə çoxdur.

Seçilən
116
50
Mənbələr
Şərh ()
Bağla