AZ

Millidə itki

İtaliya millisinin futbolçusu Destini Udodji AVRO-2024-də iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, buna müdafiəçinin zədəsi səbəb olub.

“Tottenhem”in 21 yaşlı futbolçusu artıq əməliyyata məruz qalıb. O, meydanlara iyulda qayıda biləcək.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

İdman.biz

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla