AZ

Bürcünə görə ən çətin kişilər - Sizi sevib-sevmədiyini özü də bilmir

Hamımız münasibətlərin başlanğıcında yalnız ən yaxşı keyfiyyətlərimizi göstəririk. Kişilər də istisna deyil. Və yalnız aylardan sonra qarşı tərəf bizim "qaranlıq" tərəflərimizi görə bilir və qərar verir - qalsın və ya ayrılsın? Söhbət bürclərdən getdikdə isə bu enişli-yoxuşlu münasibətlərə əvvəlcədən hazırlanmalısınız.

Publika.az bu dəfə oxucuları ən çətin bürclərlə tanış edib.

Qoç (21 mart - 20 aprel)
Qoç kişiləri intim həyatınızı çox maraqlı edə bilən çox xoş həmsöhbət və ehtiraslı partniyorlardır. Eyni zamanda, onlar münasibətlərdə güzəştə gedə bilməyən inanılmaz dərəcədə mürəkkəb insanlardır. Mars planeti Qoçlara aqressivlik və inadkarlıq bəxş edir ki, bu da onlara biznesdə və məqsədlərə çatmaqda kömək edir, lakin şəxsi məsələlərdə mane olur. Qoçlar özlərininkindən fərqli fikirləri eşitmək və qəbul etmək istəmirlər, hətta məntiqi dəlillərlə haqlı olduqlarını sizə sübut etmək cəhdinə də girişməyəcəklər. Onların üslubu daha çox yumruğunu masaya çırpıb səsini ucaltmağa bənzəyir.

Qoç bürcü kişilərinin duyğularını gizli saxlama üsulları var. Bu bürcün nümayəndələri nadir hallarda sevgisini etiraf edir. Başqa bir fakt odur ki, sizi tez-tez incidə bilər. Təəssüf ki, qəzəb içində Qoçlar qarşılarında sevdiklərini deyil, düşmənlərini görürlər və buna görə də kobud sözlər söyləyə, hətta hücuma keçə bilərlər.

Buğa (21 aprel - 20 may)
İlk baxışdan Buğa bürcü kişiləri səsini çıxarmağa və aqressiyaya meyilli olmayan mülayim insan təsiri bağışlayır. Ancaq bu, Buğaların qəbuledilməz hesab etdiyi nələrisə etməyə qədər keçərlidir. Beləliklə, onu özündən çıxarmağa ancaq qısqanclıq və yersiz bir hərəkət səbəb ola bilər. Buğalar mənimsəməyi sevirlər, hətta dostlarına və iş yoldaşlarına da qısqanclıqla yanaşırlar. Əgər sevgilidən danışırıqsa, o, ya tamamilə Buğaya aid olmalıdır, ya da "qapı oradadır".

Buğaları qıcıqlandıran ikinci bir məqam, sizin onunla mübahisə etmək istəyinizdir. Həm bu bürcün qadınları, həm də kişiləri heç vaxt səhvlərini etiraf etmirlər və ya əks arqumentlərinizlə onları nüfuzdan salmağa çalışdığınıza inanacaqlar. Yeri gəlmişkən, Buğanın qəbul etmədiyi üçüncü nöqtə də var. Bu, özlərinə hörmətini aşağı salmaq cəhdləridir. Buğa bürcünün özünə inamı güclüdür və bilirlər ki, həm ağıllı, həm də yaraşıqlıdlar. Buna görə də, sevgilisi, nişanlısı və ya həyat yoldaşı paltar zövqünü, iş aparma tərzini və ya evinin dizaynını tənqid etməyə çalışırsa, Buğalar daha kəskin və təhqiramiz sözlərə keçəcək.

Seçilən
18
10
Mənbələr
Şərh ()
Bağla