AZ

Tramp məhkəməyə görə Melaniyanın ad gününü qaçırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmə çəkişməsində olduğuna görə həyat yoldaşı Melaniya Trampın doğum gününü qaçırmasından şikayətlənib və həyat yoldaşını məhkəmə binasından təbrik edib.

Musavat.com xənər verir ki, bu barədə Newsweek məlumat yayıb.

“İlk növbədə həyat yoldaşım Melaniyanı ad günü münasibətilə təbrik etmək istəyirəm. Onunla birlikdə olmaq çox gözəl olardı, amma mən qondarma iş üzrə prosesin getdiyi məhkəmə binasındayam... Amma əvvəlcə Melaniyanı doğum günü münasibətilə təbrik etməliyəm”, - deyə Tramp jurnalistlərə bildirib.

O, həmçinin "dəhşətli, konstitusiyaya zidd" məhkəmə prosesinin bir hissəsi olaraq dinləmə bitdikdən dərhal sonra Floridadakı həyat yoldaşının yanına uçmaq niyyətində olduğunu açıqlayıb.

Aprelin 15-də Nyu-Yorkda Trampın münasibətdə olduğu aktrisa Stefani Klifforda rüşvət vermək ittihamı ilə məhkəməsi başlayıb. Münsiflər heyəti tərəfindən təqsirli bilinərsə, biznesmen və prezidentliyə namizəd 136 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Musavat.com

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla