AZ

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

Yeniyetmələrdən ibarət taekvando üzrə Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda 6 medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, yarışın ilk günündə yığmamızın 6 idmançısı fəxri kürsüyə yüksəlib.

Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medalla kifayətlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
11
Mənbələr
Şərh ()
Bağla