AZ

Qırğızıstan və Azərbaycan əmtəə dövriyyəsini 2030-cu ilədək əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir - Nazir

Bişkek. Trend:

Qırğızıstan və Azərbaycan əmtəə dövriyyəsini 2030-cu ilədək 500milyon ABŞ dollarınadək artırmaq niyyətindədir.

Trend QırğızRespublikasının İqtisadiyyat və Ticarət Nazirliyinə istinadən xəbərverir ki, bu barədə Qırğızıstanın iqtisadiyyat və kommersiya naziriDaniyar Amangeldiyev Azərbaycan və Qırğızıstan DövlətlərarasıŞurasının ikinci iclasında deyib.

"2030-cu ilədək ölkələrimiz arasında əmtəə dövriyyəsini təqribən500 milyon ABŞ dollarına çatdırmağı hədəfləyirik. Azərbaycanbazarını keyfiyyətli kənd təsərrüfatı məhsulları (kartof, lobya,qoz), makaron məmulatları, şüşə istehsalı məhsulları, elektriklampaları və digər məhsullarla təmin etməyə hazırıq", - odeyib.

Nazir qeyd edib ki, sürətlə inkişaf edən ikitərəfli əlaqələrQırğızıstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrigücləndirmək və genişləndirmək üçün qabaqcıl imkanlar yaradıb.

Amangeldiyev qeyd edib ki, aktiv fəaliyyətin təmin olunması üçünölkələr arasında 2029-cu ilədək ortamüddətli əsasda dolğunəməkdaşlıq proqramı hazırlanıb və buraya bütün perspektivistiqamətlər, əmtəə dövriyyəsinin gücləndirilməsi, maliyyə-bank,mədəni-humanitar və digər sahələri əhatə edir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə,Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi 2023-cü ildə64,978 milyon ABŞ dolları olub ki, bu da 2022-ci ilingöstəricilərindən (10,81 milyon dollar) 6,01 dəfə çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
139
50
Mənbələr
Şərh ()
Bağla