AZ

Türkiyəli seysmoloqdan xəbərdarlıq:

Türkiyənin aparıcı seysmoloqu Naci Görür İstanbulda 7,6 bal gücündə təkanların olacağı barədə proqnoz verib. Metbuat.az xarici mediyaya istinadla xəbər verir ki, Naci Görür bildirib ki zəlzələlərdən biri Adalar qırağında, digəri isə Kumburqaz sahilində gözlənilir: "İstanbulda 7,2, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı verdiyimiz proqnozlara heç kim qulaq asmadı. İndi qorxuruq ki, tarix təkrarlana bilər”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində doqquz saat fərqlə 7,7 və 7,6 bal gücündə zəlzələbaş verib. Zəlzələdən sonra baş verən yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu ölkələrdə hiss olunub.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla