AZ

Useyn Bolt Kilian Mbappe ilə yarışmaq istəyir

style='margin-bottom:10px;'>

Yüngül atletika üzrə 8 qat Olimpiya çempionu və 11 qat dünya çempionu, yamaykalı Useyn Bolt PSJ-nin hücumçusu Kilian Mbappe ilə yarışmaq istəyir.

QOL.az xəbər verir ki, o, bu, Madriddə (İspaniya) "Laureus World Sports Awards" mərasimi zamanı jurnalistlə dialoqunda bildirib.

Jurnalist: Useyn Bolt hansı futbolçu ilə yarışmaq istəyər?

Bolt: Mbappenin nə qədər sürətli olduğunu görmək istərdim.

Jurnalist: Sizcə, o, sizi məğlub edə bilərmi?

Bolt: Əlbəttə ki, yox. Amma onun göstəricilərimə nə qədər yaxın olduğunu görmək istərdim (gülür). Ümid edirəm ki, bir gün  saatı qurub 100 metr məsafədə qaçar.

Xatırladaq ki, Bolt çıxışları zamanı 8 dünya rekordunun müəllifi olmuşdu. O, ardıcıl üç Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 və 200 metr məsafələrə qaçışda qalib gələ bilən yeganə idmançıdır. 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla