AZ

Camal Musiala üçün dünyanın ən yaxşı futbolçusu odur

Almaniyanın “Bayern” klubunun yarımmüdafiəçisi Camal Musiala bu gün üçün dünyanın ən yaxşı futbolçularının adını açıqlayıb.

Arena.az Musialanın bu barədə fikirlərini təqdim edir:

“Hazırda dünyanın ən yaxşı oyunçusumu? Kilian Mbappe və Harri Keyn Cud Bellingem kimi fenomenal mövsüm keçirirlər. Bir çox oyunçu inanılmaz nəticələr göstərir, belə rəqabəti görmək çox xoşdur. Hazırda qeyd-şərtsiz ən yaxşı olan bir nəfərin adını çəkmək mümkün deyil”.

Hücumameyilli yarımmüdafiəçi “Bütün zamanların ən böyük oyunçusu kimdir – Lionel Messi, yoxsa Kristiano Ronaldo” sualına da cavab verib. Musialanın bu barədə cavabını təqdim edirik:

“Mənim üçün bu, Messidir. Bütün zamanların ən yaxşı 5 oyunçusu? İlk ikisi Messi və Ronaldodur. Fəaliyyətdə görmədiyiniz oyunçuların adını çəkmək çətindir. Pele, Maradona deyə bilərsən, hətta “Bayern”dən Gerd Müllerin adını da çəkmək olar”, deyə Musiala bildirib.

Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”dədir. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Musiala “Bayern”in heyətində 36 oyun keçirib. O, bu oyunlarda 12 qol vurub və 7 məhsuldar ötürmə verib. Musiala ötən mövsüm münhenlilərlə Bundesliqanın qalibi olub. Musialanın “Bayern” karyerası bütövlükdə 161 oyun, 43 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 27 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Camal Musialanı 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
65
50
Mənbələr
Şərh ()
Bağla