AZ

Fransalı forvard Mbappeyə Olimpiada qadağası

Bakı. Trend:

Fransalı forvard Kilian Mbappe Paris-2024 Yay OlimpiyaOyunlarında iştirak etməyəcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bu bərədə İspaniyanın “AS” nəşriyazıb.

Bildirilib ki, Mbappe ilə razılığa gələn “Real” ona belə şərtqoyub. Bu, müqavilədə də öz əksini tapıb.

Artıq “Kral klubu”nun bu barədə Fransa Futbol Federasiyasına daməlumat verdiyi, bu qadağanın klubun bütün fransalı futbolçularınaaid olduğu da bildirilib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-danavqustun 11-ə qədər keçiriləcək.

Seçilən
84
3
Mənbələr
Şərh ()
Bağla