AZ

Ştaynmayerin Türkiyə təəssüratı: Hər dəqiqə qiymətli idi

Xəbər verdiyimiz kimi, 22-24 aprel tarixləri arasında Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyədə rəsmi səfərdə olub.

Publika.az xəbər verir ki, o, Türkiyə səfərinin ardından türk jurnalistlərə açıqlama verib.

Ştaynmayer açıqlamasında qeyd edib ki, diplomatik əlaqələrin başlamasının 100-cü ildönümündə Türkiyəyə gəlmək onun üçün çox əhəmiyyətli olub:

“İki ölkə də NATO müttəfiqi və G-20-yə üzvdür. Türkiyə ilə Almaniyanın bir-biri üçün əvəzolunmaz iki ölkədir. Bizim bir-birimizə ehtiyacımız var. Türkiyədə keçirdiyim hər dəqiqə qiymətli idi”.

Almaniya prezidenti İsrail və Fələstin arasındakı qarşıdurmalara toxunub:

“Türkiyə ilə həmfikirik ki, Yaxın Şərqdə qalıcı sülh olmalıdır”.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla