AZ

Türkiyədə 20-ci Ankara kitab sərgisi açıldı

Aprelin 26-da Ankara Ticarət Palatasının Konqres və Sərgi Mərkəzində (ATO Congresium) 20-ci Ankara kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, on gün ərzində 350 müxtəlif stenddə Türkiyənin hər yerindən mindən çox nəşriyyatın məhsulları təqdim olunacaq.

Yaponiya bu il sözügedən mədəni tədbirin qonaq ölkəsi seçilib.

Qeyd edək ki, sərgi çərçivəsində çoxsaylı mühazirələrin, təqdimatların keçirilməsi, avtoqraf sessiyalarının təşkil olunması planlaşdırılır.

"AZƏRTAC"

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla