AZ

ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Patoloji anatomiya kafedrasının əməkdaşları İstanbul Acıbadem Universitetində keçirilən "10. Ulusal Sitopatoloji Konqresində" iştirak ediblər. 

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, sitopatologiya sahəsində tətbiq olunan yeniliklərdən və əldə edilən son nailiyyətlərdən danışılan bu konqresdə kafedranın assistenti Camal Musayevin rəhbərliyi ilə təqdim edilən 8 elmi işdən beşi poster, üçü isə sözlü təqdimat olaraq qəbul edilib. Sözlü təqdimatlar arasında kafedranın rezidenti Leyla İsayevanın “Qeyri-müəyyən kateqoriyalı tiroid düyünlərinin risk dəyərləndirməsində TIRADS və Bethesda sistemlərinin qarşılıqlı tətbiqi” mövzusunda çıxış etdiyi elmi iş 2-ci ən yaxşı sözlü təqdimat olaraq dəyərləndirilib.

 

Dünyanın müxtəlif ölkələrindən patologiya sahəsi üzrə nüfuzlu alimlərin də qatıldığı konqresdə kafedranın əməkdaşlarından dosent İlahə Kərimova, assistent Arzu İbişova, assistent Şəfəq Əliyeva, assistent Mahmud Bağırzadə, assistent Samirə Fərzəliyeva, assistent Günəş Əliyeva, rezident Leyla İsayeva, ümumilikdə isə ölkəmizdən 22 nəfər iştirak edib.

 

Sonda konqresin sədri prof. İlkser Akpolat və elmi şura üzvləri Camal Musayevə xüsusi təşəkkürlərini bildiriblər.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla