AZ

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

Avroliqada pley-off mərhələsinin daha iki oyunu keçirilib. İlk oyunlarda məğlub olan komandalar qalib gələrək seriyada hesabı bərabərləşdirib.

“Monako” bu dəfə “Fənərbağça”nı məğlubiyyətə uğradıb – 93:88. Oyunun son saniyələrinə qədər qalibin kimliyi sual altında qalıb. Lakin sonda məhz meydan sahibləri daha dəqiq olublar. Onların 4-cü periodda 28:14 hesablı üstünlüyü qələbəyə yardım edib.

Monako komandasının heyətində litvalı Moteyunas 15 xal toplayıb. İstanbul komandasında isə yunan basketbolçu Tayler Dorsi 25 xal yığıb. Bu nəticədən sonra seriyada hesab bərabərləşib. Qarşıdakı iki oyun gələn həftə Türkiyədə olacaq. Seriyada 3 qələbə qazanan “Dördlər finalı”na yüksələcək.

Digər cütlükdə də ümumi hesabda tarazlıq yaranıb. İlk oyunda məğlub olan “Barselona” bu dəfə “Olimpiakos”a aman verməyib – 77:69. Cabari Parkerin aktivində 25 xal var. Yunanıstan komandasının ən məhsuldar basketbolçusu isə 20 xal yığan Aleks Piters olub.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla