İngiltərə Çempionşipində mübarizə aparan "Lester" növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq.
QOL.az xəbər verir ki, bu, ötən gecə "Quins Park Reyncers" - "Lids" görüşündən sonra dəqiqləşib. "Lids" bu oyunda 0:4 hesabı ilə uduzub. Nəticədə hazırda 94 xalla lider olan "Lester"in mövsümün sonunadək 2-ci pillədən aşağı düşməyəcəyi məlum olub.
Komanda növbəti mövsüm Premyer Liqada çıxış edəcək.
Qeyd edək ki, "Lester" İngiltərə Premyer Liqasının ötən mövsümünün nəticələrinə görə Çempionşipə enmişdi.