AZ

Azərbaycan neftinin qiyməti 90 dolları ötdü - BİRJALARDA SON VƏZİYYƏT

Dünya birjalarında neft bahalaşıb.Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,49 dollar artaraq 89,5 dollar olub.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar artaraq 83,85 dollar təşkil edib.Dünya bazarında Azərbaycan nefti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,78 dollar və ya 2 faiz artaraq 90,68 dollar olub.Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
158
13
Mənbələr
Şərh ()
Bağla