AZ

Fatimə Fətəliyeva: “Bir ordu qədər insan sayəmdə pul qazanır” – VİDEO 

“Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq... Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib. 

Sənətçi bildirib ki, onun sayəsində bir ordu qədər insan pul qazanır: 

“Bir sıra insanlar var ki, onlar şərhlərdə elə yandıran sözlər yazırlar ki, deyirsən, kaş mən rahatlıqla pul qazanardım, ayağımı ayağımın üstünə qoyardım və problemləri düşünməzdim.

Mənə görə arxamda olan ordu pul qazanır. Bu da bir vasitəçilikdir. Nə deyim? Allah hamıya kömək olsun”. 
 

Rəşad Əliyev, Bizim.Media
Seçilən
72
5
Mənbələr
Şərh ()
Bağla