AZ

Jurnalist saxta xəbərlərə görə SAXLANILDI

Amerikanın “Forbes” biznes jurnalının rusiyalı müxbiri Sergey Mingazov Rusiya ordusu ilə bağlı “saxta” xəbərlər yaydığına görə saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Mingazovun vəkili Konstantin Bubon açıqlama verib.

 

Vəkil qeyd edib ki, Mingazovun saxlanma qərarı, müharibənin ilk həftələrində Ukrayna vətəndaşlarının həlak olduğu Buçada Rusiyanın hərbi cinayətlər törətməsi ilə bağlı nəşrləri yenidən paylaşması səbəbilə verilib.

 

Qeyd edək ki, Rusiya ordusu haqqında yalan xəbər yaymaqda təqsirli bilinən şəxslərin uzunmüddətli həbs cəzaları almaları gözlənilir.

 

Ülkər Abdurahmanlı

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla