AZ

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

MBA-da pley-offun növbəti oyunları keçirilib. Dallasda “Maveriks” “Los-Anceles Klippers”i qəbul edib.

İlk ev oyununda texaslılar qalib gəliblər – 101:90. Görüşün qəhrəmanları Donçiç və İrvinq olub. Onların aktivində ümumilikdə 43 xal var. Bu qələbədən sonra Dallas komandası seriyada önə çıxıb. Qarşıdurmada 4-cü oyun sabah keçiriləcək.

Digər oyunda “Finiks Sans”la “Minnesota Timbervulvs” üz-üzə gəlib. Minnesotada keçirilən ilk iki oyunda qalib gələn meydan sahibləri səfərdə də “Sans”ı məğlub etməyi bacarıblar – 126:109. Görüşün ən məhsuldar oyunçusu Entoni Edvards olub. Onun 36 xalı komandanın qələbəsində mühüm rol oynayıb. Edvardsın komanda yoldaşı fransız basketbolçu Rudi Qober 19 xal və 14 ribaundla dabl-dabl edib. Meydan sahiblərinin liderləri Kevin Dürant 26, Devin Buker isə 23 xal toplayıb.

Bu cütlükdə növbəti oyun aprelin 29-da olacaq. Seriyada 3:0 öndə olan Minnesota komandası həmin gün yarımfinala vəsiqəni təmin edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla