AZ

Deputat: "Praqmatik maraqları düşünən ölkələr Azərbaycanla əməkdaşlığa meyil edirlər"

“Almaniya Avropanın ən aparıcı ölkəsidir. Buna görə də Prezident İlham Əliyevin Almaniya səfəri əslində Avropa Birliyinin bütövlükdə Parlament olaraq Azərbaycana qarşı qərəzli mövqeyinin müəyyən dərəcədə zərərsizləşdirilməsi baxımından faydalıdır. Çünki praqmatik maraqları düşünən ölkələr Azərbaycanla ancaq əməkdaşlığa meyil edirlər. Erməni təsirində olan dövlətlər isə daha çox erməni siyasəti barədə düşünürlər. Bu münasibətlərin korlanmasına xidmət edən addımlar atırlar. Bu baxımdan əlaqələr bizi maraqlandırır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

 

“Prezidentin çox sərbəst, açıq şəkildə Azərbaycanın maraqlarını ifadə etməsi, Almaniyanın bu prosesdə Azərbaycanla daha fərqli siyasət izlədiyini vurğulaması bizim üçün də çox yerində olan, faydalı, məqbul xətdir. Ona görə də bu məsələdə hansısa tərəddüdümüz yoxdur. Almaniyanın bütün iqtisadi əməkdaşlıq istəklərinə cavab verə biləcək ölkə olduğumuzu onların diqqətinə çatdırdıq. Çox güman ki, onlar da bunu anlayırlar. Yəqin ki, əməkdaşlığımız bundan sonra daha irəli səviyyədə inkişaf edəcək”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 27 Aprel 2024, 10:44   
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla