AZ

"La Corne Hotel" biabırçı problemlər - Onlar bizi xarici qonaqların yanında üzü qara edir?

Ölkəmizin günü-gündən inkişafı, çiçəklənməsi danılmazdır. Bir çox avropa ölkələri var ki, artıq ölkəmizə həsəd aparır. Təbii ki, bu gözəlliyi, bu inkişafı dünyanı fəth edən turistlər görməyə bilməz. Bunun üçün də doğma vətənmizə hər gün axın edən dünyanın muxtəlif ölkələrindən turistlər var. 

Turizmin inkişafı isə təbii ki, bizim üçün sevindirici haldır. Turistlər hansısa ölkəyə üz tutduğu zaman onların diqqətində olan ilk yer qalacaqları otel olur. Həmin yerdə narahatçılıq yaranarsa bu istər ölkə, istər cəmiyyət adına heçdə yaxşı hal deyil. 

Paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli 31 ünvanda yerləşən "La Corne Hotel"də vəziyyət olduqca acınacaqlıdır.  

"Azərbaycan Reallığı"na daxil olan məlumata görə otelin standart otaqları 12 saatı 35 manat, 24 saatı 50 manat nəzərdə tutulur. Halbuki 50 manata bir çox yerlərində yerləşən hotellərdə deluxus otaqlarda qalmaq olar.

Otaqa daxil olduqda isə şərait olduqca acınacaqlıdır. 2 nəfərlik yatacaq çarpayı dəsti bir birindən ayrı-ayrı olur, buda yatanda narahatlıq yaradır.

Hamamda isə duş-krantında problem olur. Çimib qutardıqdan sonra saçını qurulamaq istəyəndə fen qızaraq elə başındaca partlayır. Bununla da problemlər bitib-tükənmək bilmir, resepshəəşenə yaxınlaşıb ödəniş etmək istəyəndə 3-4 nəfəri görürsən, onların adama qəribə baxışları istər özünə istər yanında gedən qonağa təəccüb yaradır.

Tez-tez mühabisələrlə rastlaşırsan, müştərilərin səs-küyü otağın içinə gəlir. Gecə saatlarında hotelin xidmətçiləri hansısa texniki işləri görəndə onun səsindən saatlarla yatmaq olmur, hətta birdə görürsən gecə saatlarında kimsə oteldə inşaata məxsus olan direl falan işlədir. 

Biz "Azərbaycan Reallığı" olaraq bəzi problemləri sadaladıq, ümidvarıq otel rəhbərliyi bu problemləri aradan qaldırmaq üçün hər hansısa səy göstərməyi əsirgəməyəcək, ölkəmizə günü-gündən axın edən dövlət büdcəmizə xeyir verən turistlər bu kimi hallarla qarşılaşmayacaq

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq   
 
 
 
 

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla