AZ

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək.


Sfera.az "CNBC"yə istinadən xəbər verir ki, bu qiymət "BlackRock" investisiya şirkətinin analitikləri tərəfindən açıqlanıb.


Bu rəqəm əvvəlki iki trilyon illik hesablamadan iki dəfə çox olub. Şirkətin məlumatına görə, 2023-cü ildə keçid dövrü ilə bağlı layihələrə 1,8 trilyon dollar ayrılıb ki, bu da 2004-cü ildəkindən 33 milyard dollar çoxdur. Bütün illər ərzində ümumi investisiya isə 19 trilyon dollardır.
 

“İnvestisiyaların artım tempi və həcmi göstərir ki, biz düzgün istiqamətdə gedirik. Bununla belə, 2030-cu ilə qədər hədəflərimizə çatmaq üçün daha 18 trilyon dollar tələb olunacaq”, - Asiya-Sakit Okean regionunda "BlackRock"un alternativ strategiya və kapital bazarlarının rəhbəri Maykl Dennis bildirib.
 

İnci
sfera.az

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla