AZ

Keçmiş məhkum Salyanda avtomobil qaçırdı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-21063” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan mətbuata verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə, ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.Mətləb

Seçilən
15
38
Mənbələr
Şərh ()
Bağla