AZ

Benzin və propan daşıyan qatar relsdən çıxıb: 6 vaqon yanıb

ABŞ-nin Arizona-Nyu Meksiko ştatlarının sərhədi yaxınlığında benzin və propan daşıyan yük qatarı relsdən çıxıb. Hadisə nəticəsində 6 vaqon yanıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Hakimiyyət orqanları iki ərazi arasında əsas yük marşrutu olan insident bölgəsində magistral yolu bağlamaq qərarına gəlib. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
39
6
Mənbələr
Şərh ()
Bağla