AZ

Salyanda kənd sakini avtomobil oğurlayıb

Bakı. Trend:

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərininüstü də açılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-əverilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonsakininə məxsus "VAZ-21063” markalı avtomobili oğurlamaqda şübhəlibilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənovsaxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılanistintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kəndərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq,zərərçəkmişlərə ümumilikdə 1 000 manata yaxın maddi ziyan vurduğuda müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənovbarəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiriseçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmamasıaraşdırılır.

Məqalədə:
Seçilən
9
38
Mənbələr
Şərh ()
Bağla