Bakı, 27 aprel, AZƏRTAC
ABŞ-ın Arizona və Nyu Meksiko ştatlarının sərhədi yaxınlığında yük qatarı relsdən çıxaraq alovlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində dövlətlərarası avtomobil yolu bağlanıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.