AZ

Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq

Kanada hakimiyyəti Ukrayna ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün Kiyevə 3 milyon Kanada dolları (2,1 milyon dollar) ayıracaq.
 
Bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyer bildirib.
 
"Kanada Ukraynaya PUA istehsalı üçün 3 milyon dollar ayırır. Bu, Kanadanın Ukraynada hərbi pilotsuz uçan aparatların istehsalına birbaşa töhfə verdiyi ilk hadisədir", - nazir deyib.
 
Bundan əlavə, Kanada Çexiyanın təşəbbüsü çərçivəsində Ukrayna silahlı qüvvələri üçün sursat almaq üçün 13 milyon dollar (9,5 milyon ABŞ dolları) ayıracaq.(Report)
Seçilən
1
5
Mənbələr
Şərh ()
Bağla