AZ

Premyer Liqa: “Səbail” üçün Masazır sınağı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda – “Sabah” və “Səbail” kollektivləri üz-üzə gələcək. Son iki matçında qələbə qazanmış “bayquşlar” “Səbail”i də xalsız yola salmaqla lider “Qarabağ”a daha da yaxınlaşmağı hədəfləyib. 46 xalla 5-ci pillədə qərarlaşmış “Sabah”ın əsas izləyicisi olan “Səbail”in isə 42 xalı var. Şahin Diniyevin çalışdırdığı “dənizçilər” qələbə qazanacağı halda “Sabah”la arasındakı xal fərini minimuma endirəcək.

“Sabah”la “Səbail” bu günə qədər 22 oyunda qarşılaşıblar. Bu oyunlarda “bayquşlar” 10, “dənizçilər” 7 qələbə qazanıblar, 5 oyunda isə heç-heçə qeydə alınıb. Son 6 görüşdə ən azı 2 qol vurulub. “Sabah” son 4 ev qarşılaşmasında qol buraxmayıb.

Premyer Liqa
32-ci tur

27 aprel

18:00. “Sabah” – “Səbail”
“Masazır Arena”.

28 aprel

15:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz”
“Neftçi Arena”

20:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

29 aprel

19:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla