Rusiyadan Moldovaya qayıdan Qaqauziya lideri Yevgeniya Qutsulla əlaqə saxlamaq mümkün deyil.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Artyom Qutsul deyib.
"Ola bilsin ki, Yevgeniya Qutsul dindirilməyə aparılıb. Onunla əlaqə saxlamaq mümkün deyil", - A.Qutsul bildirib.
Qeyd edək ki, Yevgeniya Qutsul Rusiyada işgüzar səfərdə olub və burada Moldovanın Aİİ-yə daxil olmasını dəstəkləyən Moldova siyasətçiləri və ictimai fəallarının qurultayında iştirak edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun